Site icon AJMEDIA Azərbaycanca

Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar qəzəlləri səsləndirilib

Tokio, 3 Dekabr, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziyamızın sönməz günəşi – Nizami dühası” adlı tədbir keçirilib.

İdarədən AJMEDIA-ya bildirilib ki, tədbirdə “Oğuzlar” folklor xalq ansamblı şairin qəzəllərini muğam üstündə ifası ilə çıxış edib.

Ələsgər Ələkbərov adına xalq teatrının ifasında isə Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.

Exit mobile version