Luis Hamiltonun Formula 1-dəki taleyi hələ də sual altındadır

Tokio, 14 yanvar, /AJMEDIA/

Ötən mövsüm Əbu-Dabi Qran-Prisinin sonuncu dövrəsində liderliyini əldən verərək çempionluqdan məhrum olan Luis Hamiltonun Formula 1-dəki taleyi hələ də sual altındadır. Yeddiqat dünya çempionu hələ gələcək karyerası ilə bağlı qərar qəbul etməyib.

AJMEDIA xəbər verir ki, Amma “Mercedes” rəhbərliyi britaniyalı pilotun heyətdə qalacağına inanır. Komandanın rəhbəri Toto Volff dəfələrlə mətbuata açıqlamasında L.Hamiltonun onları tərk etməyəcəyinə ümid etdiyini söyləyib. Amma o, Əbu-Dabidəki nəticənin Hamiltonun fikirlərinə təsir göstərəcəyini də istisna etməyib.

Yeni mövsümün başlamasına təxminən 2 ay vaxt qalıb. “Mercedes” isə ehtiyatı əldən vermək istəmir. Avropa mətbuatının məlumatına görə, Almaniya komandası ehtiyat variantlar üzərində işləyir. Bəzi mənbələr Hamiltonun mümkün gedişindən sonra “Mercedes”in Esteban Okonla anlaşa biləcəyini yazır.

Xatırladaq ki, Okon 2015-2019-cu illərdə testlərdə bu komandanın pilotu kimi qüvvəsini sınayıb. T.Volffun Pyer Qaslini də bazaya gətirmək fikrində olması ilə bağlı xəbərlər dolaşır. Amma onun “Red Bull”a məxsus “Alfa Tauri”nin heyətində çıxış etməsi planları pozur. Yeni mövsüm ərəfəsində avstriyalılar onlarla müqaviləsi olan pilotu əldən verməyə razılaşmaz.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts