Luis Hamilton Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub

Tokio, 6 Dekabr, /AJMEDIA/

Dekabrın 5-də Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi müəyyənləşib.

AJMEDIA xəbər verir ki, Ciddə şəhər halqasında təşkil olunan mövsümün 21-ci yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen və “Mercedes”in digər üzvü Valtteri Bottas tamamlayıblar.

L.Hamilton ardıcıl üçüncü, cari mövsüm səkkizinci, karyerasında isə 103-cü qələbəsini qazanıb.

Pilotların siyahısında eyni – 369,5 xala malik M.Ferstappen və L.Hamilton ilk iki pillədə yer alıblar. Valtteri Bottas (“Mercedes”) isə 218 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar kubokunda “Mercedes” 587,5 xalla birincidir. Hesabında 559,5 xal olan “Red Bull Racing” ikinci, “Ferrari” isə 307,5 xalla üçüncü yerdə qərarlaşıb.

Mövsümün sonuncu yarış dekabrın 12-də Əbu-Dabidə təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts