Site icon AJMEDIA Azərbaycanca

Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Tokio, 22 Oktyabr, /AJMEDIA/

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Teymur Rəsulov və Saməddin Fərziyevin il mərasimi keçirilib.

YAP mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, anım mərasimində YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıblar.

Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra rayonun rəhbər şəxsləri Lökbatan və Sahil qəsəbələrində təşkil olunan şəhidlərin il mərasiminə qatılıblar.

Exit mobile version