Site icon AJMEDIA Azərbaycanca

“Liverpul” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Tokio, 27 oktyabr , /AJMEDIA/

İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin başa çatmasına bir tur qalmış turnirin 1/8 finalına yüksəlib.
AJMEDIA xarici mətbuata istinadla xəbər verir ki, 5-ci turda səfərdə “Liverpul” Niderlandın “Ayaks” klubuna böyük hesabla (3:0) qalib gəlib. Qolları Mohamed Salah (42′), Darvin Nunes (49′), Harvi Elliot (52′) vurub.
A qrupunun digər oyununda artıq pley-offa vəsiqəni təmin edən İtaliyanın “Napoli” klubu öz meydanında Şotlandiyanın “Reyncers” komandasını analoji hesabla məğlub edib. Covanni Simeone (11, 16), Leo Estiqor (80) fərqləniblər.

Exit mobile version