Livan parlamenti beşinci dəfədir ölkə prezidentini seçə bilmir

Tokio, 11 noyabr , /AJMEDIA/

Livan parlamenti ardıcıl olaraq beşinci dəfə ölkə prezidentinin seçilməsi üzrə uğurlu səsvermə keçirə bilməyib. Seçkilərdə iştirak edən namizədlərdən heç biri lazımi səs çoxluğu toplamağa müvəffəq olmayıb.
AJMEDIA Sinxua agentliyinə istinadla xəbər verir ki, buna səbəb siyasi partiyaların hələlik boş qalan dövlət başçısı postunu tutacaq şəxslə bağlı razılığa gələ bilməməsidir. Səlahiyyət müddəti oktyabrın 31-də başa çatan sabiq prezident Mişel Aunun varisini seçmək üçün göstərilən beşinci uğursuz cəhd ölkədə siyasi qeyri-müəyyənliyi daha da dərinləşdirib.
Livan parlamentində ölkə prezidentinin seçilməsi üzrə növbəti səsvermə noyabrın 17-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts