Lionel Messi ikinci dəfə “Laureus” mükafatına layiq görülüb

Tokio, 9 may , /AJMEDIA/

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2023-cü il üçün “Laureus” mükafatına layiq görülüb.
AJMEDIA xəbər verir ki, 35 yaşlı hücumçu karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2020-ci ildə mükafatı həmin vaxt “Mercedes”in pilotu olan Luis Hemiltonla bölüşüb.
Messidən başqa, Kilian Mbappe (Fransa, PSJ, futbol), Maks Verstappen (Niderland, Formula 1), Armand Duplantis (İsveç, dayaqla tullanma), Rafael Nadal (İspaniya, tennis) və Stiven Karri (ABŞ, “Qolden Steyt”, basketbol) mükafatı əldə ediblər.
Həmçinin bu il Argentina yığması da sözügedən mükafata layiq görülüb.
“Laureus World Sports Awards” hər il idmançılara il ərzində əldə etdikləri nailiyyətlərə görə verilir. Mükafat 1999-cu ildə təsis edilib.
Xatırladaq ki, Messi ötən ilin dekabr ayında Argentina millisi ilə birlikdə dünya çempionu olmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts