“Lex” – “Qarabağ” matçına 22 mindən çox bilet satılıb

Tokio, 4 iyul , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşada “Lex” ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
AJMEDIA xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.
Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts