“Land of Fire-Azerbaijan” dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib

Tokio, 27 yanvar , /AJMEDIA/

Yanvarın 27-də İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə 38-ci dünya kuboku yarışlarının ilk turuna yekun vurulub.
Dövlət Sərhəd Xidmətindən AJMEDIA-ya bildiriblər ki, turun ilk oyununda “Land of Fire-Azerbaijan” komandası “Flexjet” ilə qarşılaşıb. Görüş komandamızın 5:3,5 hesablı qələbəsi ilə başa çatıb və təmsilçimiz yarımfinala vəsiqə qazanıb.
Komandamız qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts