Lənkəranda şəhid Mail Əzizovun məzarı ziyarət olunub

Tokio, 26 noyabr , /AJMEDIA/

Lənkəranda şəhid Əzizov Mail Mahir oğlunun anım günü ilə əlaqədar xatirəsi ehtiramla yad edilib, məzarı ziyarət olunub.
AJMEDIA xəbər verir ki, anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şağlakücə kənd qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıb. İcra başçısı bildirib ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid adlarının əbədiləşdirilməsinə, habelə şəhid ailələrinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşır və daim sözügedən məsələləri diqqətdə saxlayırlar.
Şəhidin atası Mahir Əzizov deyib ki, ölkəmizdə istər dövlət qurumları, istərsə də sıravi vətəndaşlar tərəfindən şəhid ailələrinə olan münasibət yüksək səviyyədədir. M.Əzizov onlara göstərilən həssas yanaşmaya görə elinə-obasına, dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Daha sonra Şağlakücə kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda və şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.
Qeyd edək ki, Mail Əzizov Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts