Site icon AJMEDIA Azərbaycanca

Lənkəran FHK-nın sədri: Qarın elektrik təsərrüfatında yaratdığı problemlər aradan qaldırılır

Tokio, 15 yanvar , /AJMEDIA/

Lənkəranda qarlı hava şəraiti səbəbindən elektrik təsərrüfatına dəyən problemlər aradan qaldırılır.

Bunu Lənkəran Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayev bildirib.

O qeyd edib ki, son illərdə rayon ərazisinə belə intensiv qar düşməyib: “Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Şəhərin park və küçələri texnikalar vasitəsilə qardan təmizlənib və bu iş davam etdirilir”.

Rayonun elektrik təsərrüfatına və telefon sisteminə də ciddi ziyan dəyib. “Qırılan ağaclar elektrik xətlərini zədələyərək, vətəndaşların 80 faizinin işıqsız qalmasına səbəb olub”, – deyə komissiya sədri bildirib.

Hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi şəhərin bütün ərazisinə, eləcə də kəndlərə elektrik enerjisinin verilməsi planlaşdırılır.

Exit mobile version