Site icon AJMEDIA Azərbaycanca

Kyodo agentliyi: Yaponiya ABŞ ilə Rusiya neftinin idxalına qadağanı müzakirə edir

Tokio, 7 mart , /AJMEDIA/

Yaponiya hökuməti ABŞ və Avropa ölkələri ilə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini müzakirə edir.

AJMEDIA xəbər verir ki, bu barədə martın 7-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Agentlik müzakirələrin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Yaponiyanın xaricdən aldığı neftin ümumi həcmində Rusiya 4 faiz paya malikdir.

Bu ərəfədə ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Avropa ölkələri ilə Rusiyadan neftin idxalına qadağa qoyulması məsələsini müzakirə etdiyini bildirib. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatına görə, Rusiya ABŞ bazarını neftlə təmin edən ilk beş ölkə siyahısına daxildir. 2021-ci ildə Rusiyanın ABŞ-a neft ixrac edən ikinci ölkə olduğu da qeyd edilir.

Exit mobile version