Site icon AJMEDIA Azərbaycanca

KXDR Yapon dənizi istiqamətində yaxın mənzilli 8 raket buraxıb

Tokio, 5 iyun , /AJMEDIA/

Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində yaxın mənzilli 8 raket buraxıb.
AJMEDIA xəbər verir ki, bu barədə bazar günü “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Hazırkı vaxtadək raket buraxılışları ilə bağlı hər hansı ziyan dəyməsi barədə məlumat yoxdur.
Şimali Koreya ilin əvvəlindən indiyədək silahların ondan çox sınağını keçirib. Cənubi Koreya hərbçilərinin sözlərinə görə, mayın 25-də keçirilmiş axırıncı sınaq zamanı biri qitələrarası olmaqla, üç ballistik raket buraxılıb.

Exit mobile version