Tokio, 17 may , /AJMEDIA/
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
AJMEDIA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin qərargahına istinadla məlumat yayıb. Hələlik raketin dəqiq növü və uçuş detalları barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 5-ci ballistik raket sınağıdır. Bundan əvvəl aprelin 22-də Yapon dənizi istiqamətində qısamənzilli ballistik raket buraxılıb.