Kurikulum üzrə mütəxəssislər axtarılır

Tokio, 26 avqust , /AJMEDIA/

Təhsil İnstitutu ədəbiyyat fənni üzrə kurikulumun təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.
Bu barədə AJMEDIA-ya institutdan bildirilib. Namizədlərdən ixtisas fənni üzrə dərin bilik və bacarıqlar, müasir pedaqoji yanaşmalara dair məlumatlılıq, fikirləri yazılı formada ifadə etmə təcrübəsi, araşdırma və təhlil üzrə səriştə, azı 5 illik pedaqoji təcrübə tələb olunur.
Tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) sentyabrın 6-dək tsp@arti.edu.az ünvanına göndərmələri xahiş olunur. Başlıq bölməsində “Ədəbiyyat fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.
Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts