Site icon AJMEDIA Azərbaycanca

Krakovdakı soydaşlarımızın Azərbaycan Evi ilə tanışlıq görüşü təşkil edilib

Tokio, 12 yanvar , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Krakovdakı soydaşlarımızın Azərbaycan Evi ilə tanışlıq görüşü təşkil edilib.
Polşanın Krakov şəhərində fəaliyyətə başlayacaq Azərbaycan Evi (Azərbaycan Mədəniyyət Mərkəzi) ilə icma üzvlərinin tanışlıq səciyyəli görüşü keçirilib.

Görüş iştirakçılarını salamlayan “Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sədat Şamilli bildirib ki, Polşanın qədim şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması diaspor tarixində əlamətdar hadisədir: “Bu, sadəcə, ev deyil, mədəni mübadilə mərkəzi, ortaq ənənələrin birləşdiyi məkan, Polşa və Azərbaycan arasında dostluq çırağıdır. İndidən bəyan edirik ki, mərkəz Krakov azərbaycanlıları başda olmaqla bütün Polşa azərbaycanlılarının xidmətində olacaq. Fürsətdən istifadə edərək, bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha təbrik edirik”.

Qeyd edilib ki, tezliklə Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək və icma üzvləri də həmin təntənəli tədbirə dəvət olunacaq.

Exit mobile version