Koronavirusa qarşı 33 mindən çox vaksin vurulub

Tokio, 28 Noyabr, /AJMEDIA/

Noyabrın 27-də Azərbaycanda 33 min 190 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 805 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 554 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 460 min 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 71 min 264, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 555 min 457 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 833 min 399 nəfər təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts