Koreya Respublikasının səfiri Quba Soyqırımı Memorial Kompleksində olub

Tokio, 8 dekabr , /AJMEDIA/

Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AJMEDIA xəbər verir ki, səfir Li İn-Yonq ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.
Səfir Li İn-Yonq Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts