KONKAKAF Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək

Tokio, 22 mart , /AJMEDIA/

KONKAKAF (Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək.
AJMEDIA xəbər verir ki, turnirin yarımfinal, üçüncü yer uğrunda görüşləri də bu arenada olacaq. Oyunlar iyunun 15-18-də keçiriləcək.
“Allecent” stadionu “Las Vegas Raiders” klubuna məxsusdur və 65 min tamaşaçı tutumuna malikdir.
KONKAKAF Millətlər Liqasının ilk qalibi ABŞ yığması olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts