Site icon AJMEDIA Azərbaycanca

Konfrans Liqasnın səkkizdəbir final mərhələsinin iştirakçıları bəlli olub

Tokio, 25 fevral, /AJMEDIA/

Fevralın 24-də futbol üzrə UEFA Konfrans Liqasının onaltıdabir final mərhələsinin cavab görüşlərinə start verilib.

AJMEDIA xəbər verir ki, 8 qarşılaşmadan beşi artıq başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” klubuna 3:0 hesabı ilə qalib gələn Fransanın “Marsel” komandası səkkizdəbir finala yüksəlib. “Köhlən atlar” Marseldəki matçda da rəqibinə uduzmuşdu – 1:3.

“Marsel”lə yanaşı, İngiltərənin “Lester”, Serbiyanın “Partizan”, Niderlandın PSV və Norveçin “Budyo Qlimt” klubları adını növbəti mərhələyə yazdırıb.

Gecənin görüşləri aşağıdakı hesabla başa çatıb:

“Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) – 0:3 (ilk oyun – 1:3);

“Randers” (Danimarka) – “Lester” (İngiltərə) – 1:3 (1:4);

“Partizan” (Serbiya) – “Sparta” (Praqa, Çexiya) – 2:1 (1:0);

“Makkabi” (Təl-Əviv, İsrail) – PSV (Niderland) – 1:1 (0:1);

“Budyo Qlimt” (Norveç) – “Seltik” (Şotlandiya) – 2:0 (3:1).

Exit mobile version