Kolumbiya NASA-nın “Artemis” Ay proqramına qoşulduğunu elan edib

Tokio, 11 may , /AJMEDIA/

Kolumbiyanın hakimiyyət orqanları “Artemis” Ay proqramına qoşulmaq barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) ilə saziş imzalayıb.
AJMEDIA xəbər verir ki, bu barədə Kolumbiyanın vitse-prezidenti Marta Lusiya Ramiresin mətbuat xidməti məlumat yayıb.
“Ola bilsin ki, Artemis” proqramı 2024-cü il missiyası çərçivəsində Aya, daha sonra isə Marsa ilk qadın astronavtlar göndərəcək. Biz həmin qrupda Kolumbiyalı qadınları da görmək istəyirik. Bu, həmçinin aerokosmik sənayemizin inkişafına böyük təkan verəcək və ölkəmizi dünya səhnəsinə çıxaracaq”, – deyə mətbuat xidməti Kolumbiyanın vitse-prezidentdən iqtibas gətirib.
Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət “Artemis” proqramı layihəsini elan edib. Bunlardan birincisi “Space Launch System” raketinə quraşdırılan “Orion” gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını, ikinci mərhələ ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu, üçüncü mərhələ astronavtların Ay səthinə enməsini, təxminən 2030-cu illərin ortalarında isə Marsa uçuşunu nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts