Site icon AJMEDIA Azərbaycanca

Kiyevdə ötən gecə sakit keçib

Tokio, 8 mart , /AJMEDIA/

Ukrayna paytaxtında martın 7-dən 8-nə keçən gecə sakit keçib. Bu gün şəhərdə mağazalar, apteklər işləyir, bütün kommunal infrastruktur və tibb müəssisələri fəaliyyət göstərir.

AJMEDIA Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik bildirib.

Onun sözlərinə görə, şəhərə elektrik enerjisi, istilik və su verilir, infrastruktur işləyir, rabitə əlaqəsi təmin olunur. Yerüstü nəqliyyat saat 8:00-dan müəyyən marşrutlar üzrə xəttə buraxılıb, metropoliten daşıma rejimində işləyir. Bundan başqa, Kiyevdə humanitar qərargah fəaliyyətini davam etdirir.

“Bütün xəstəxanalar döyüş rejimində çalışır, səhiyyə müəssisələri həm sakinlərə, həm də yaralılara tibb yardım göstərmək üçün zəruri olan hər şeylə təmin edilib”, – deyə Kiyev merinin birinci müavini qeyd edib.

Exit mobile version