Site icon AJMEDIA Azərbaycanca

Kiyev səmasında 40-dan çox kamikadze dronu zərərsizləşdirilib

Tokio, 25 noyabr , /AJMEDIA/

Noyabrın 25-nə keçən gecə Rusiya silahlı qüvvələri Kiyevə iki istiqamətdən – cənub və şimaldan kamikadze dronları ilə hücum edib.

AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının məlumatında isə qeyd olunur ki, Kiyev səmasında 40-dan çox “Şahed” kamikadze dronu hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Dronların qalıqlarının yerə düşməsi nəticəsində biri uşaq olmaqla, azı 5 mülki şəxs xəsarət alıb.

AZƏRTAC-ın xüsusi müxbiri daha öncə xəbər verib ki, yerli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtda hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub.

Rusların paytaxta gecə hücumu zamanı dronların qalıqları Kiyevin Peçersk və Solomonsk rayonlarına düşüb. Nəticədə uşaq bağçasında yanğın baş verib.

Exit mobile version