Site icon AJMEDIA Azərbaycanca

Kiyev şəhəri ötən gecə güclü mərmi atəşinə məruz qalıb, dağıntılar və ölənlər var

Tokio, 15 mart , /AJMEDIA/

Kiyev şəhəri martın 15-nə keçən gecə və səhər saatlarında mərmi atəşinə məruz qalıb.

AJMEDIA Kiyev Şəhər Dövlət Administrasiyasına istinadla xəbər verir ki, raket zərbələri nəticəsində şəhərdə yaşayış binalarına və strateji obyektlərə ciddi ziyan dəyib. Svyatojin rayonunda 16 mərtəbəli yaşayış binasının raket atəşinə tutulması nəticəsində azı 2 nəfər həlak olub. Bundan başqa, Padol rayonunda metronun “Lukyanovka” stansiyasının ətrafına da mərmi düşüb.

Ümumiyyətlə, martın 15-ə keçən gecə və səhər saatlarında Kiyevin müxtəlif yerlərində partlayış səsləri eşidilib. Şəhər meriyası əhaliyə sığınacaqlardan çıxmamağı tövsiyə edib.

Exit mobile version