Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var

Tokio, 22 mart , /AJMEDIA/

Martın 22-nə keçən gecə Kiyev vilayətinə pilotsuz kamikadze uçuş aparatı ilə hücum zamanı mülki obyektə ziyan dəyib və yanğın başlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
AJMEDIA xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
“Kiyev vilayətində pilotsuz uçuş aparatının gecə hücumu nəticəsində mülki obyektə ziyan dəyib. Hazırda 3 ölü və 7 yaralı məlumdur. Məlumat dəqiqləşdirilir”, – deyə bildirilir.
Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin və müvafiq fövqəladə hallar xidmətlərinin bölmələri işləyir. Zərərçəkənlərə lazımi yardım göstərilir.
Gecə boyu Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə və onun vilayətinə Rusiya silahlı qüvvələri tərəfindən İran istehsalı olan kamikadze dronları ilə hücum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri gecə saatlarında “Şahed-136” PUA-dan istifadə edərək kütləvi hava zərbəsi endirib. İlkin məlumatlara görə, düşmən 21 pilotsuz uçan aparatı işə salıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts