Kitabxanaya “Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi” adlı elektron kitabı təqdim edildi

Tokio, 15 mart , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, kitabxanaya “Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi” adlı elektron kitab təqdim edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına kitabxananın Fəxri oxucusu, tanınmış kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov kitabxanaya “Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi” adlı elektron kitabını təqdim etdi.
Professor Fuad Məmmədov “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı, “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adları ilə təltif olunmuşdur.
“Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi” adlı elektron kitabda kulturologiya anlayışı və predmeti, mədəniyyət anlayışları, sosial, şəxsiyyət, etik, hüquqi, elitar və kütlə mədəniyyətləri, mədəniyyətin tarixi tipləri, mədəni tərəqqi və mədəni inqilablar, kulturoloji təhsil və digər mövzular yer alır.
Kitabın elektron varinatı aşağıdakı keçiddə yerləşdirilib:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/806650594.pdf

Follow us on social

Facebook Twitter Youtube

Related Posts