Kitabxanaya “İdarəetmə mədəniyyəti” kitabının elektron versiyası təqdim edildi

Tokio, 30 mart , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına kitabxananın Fəxri oxucusu, tanınmış kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov kitablarının elektron versiyalarını təqdim etməyə davam edir.

Kitabxana tanınmış kulturoloqun “İdarəetmə mədəniyyəti” adlı növbəti kitabının elektron versiyasını oxucularla paylaşdı. Kitabda effektiv innovativ idarəetmə modellərinin qurulması üçün “Kulturologiya piramidası universal metodu” qeyd edilib.

Elektron kitab “Kulturologiya – XXI əsrin hakim elmi paradiqması və idarəetmə mədəniyyətinin elmi əsası kimi”, “Bir sıra Şərq və Qərb ölkələrinin dövlətçilik və dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə kulturoloji baxış”, “Kulturologiya – idarəetmə mədəniyyətinin mahiyyəti və xüsusiyyətlərinin dərk edilməsinə, şəxsiyyət və liderlərin formalaşdırılmasına, dövlətçilik mədəniyyəti və strateji idarəetmənin təkmilləşdirilməsinə metodoloji açar kimi”, “Liderlik mədəniyyəti, şəxsiyyətin özünüidarə mədəniyyəti və ailənin idarə edilməsi mədəniyyəti” adlı hissələrdən ibarətdir.

Kitabın elektron varinatı aşağıdakı keçiddə yerləşdirilib:

http://yasamal.cls.az/front/files/libraries/81/books/125659424.pdf

Follow us on social

Facebook Twitter Youtube

Related Posts