Kitabxananın Fəxri oxucusu, professor Arif Quliyev yeni yazdığı “Millət atası” monoqrafiyasını kitabxanaya təqdim etdi

Tokio, 18 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Kitabxananın Fəxri oxucusu, professor Arif Quliyev yeni yazdığı “Millət atası” monoqrafiyasını kitabxanaya təqdim etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev yeni yazdığı “Millət atası” monoqrafiyasının elektron formasını kitabxanaya təqdim etdi.

Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyev müasir Azərbaycanın memarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməlini qoyan şəxsdir. Heydər Əliyev Ukrayna və Azərbaycan arasında strateji partnyorluğun inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın sabit dostu olmuşdur. Ulu Öndərin çoxşaxəli quruculuq fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın inkişafı müsbət dinamika almışdır.
Alim qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin keçirdiyi siyasəti bu gün uğurla davam etdirir. Topluda alimin iyirmi illik elmi fəaliyyətinin əsər və materialları toplanmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı Heydər Əliyevi millətin atası kimi bütün səmimiyyəti ilə sevir.
Müəllifin Heydər Əliyevlə səxsən bir neçə dəfə görüşməsi barədə xatirələr də monoqrafiyada yer almışdır. Müəllif Ulu Öndəri “Hakimiyyət ustası”, “Böyük vətəndaş”, “Əsrin adamı” adlandıraraq bu məsələlərə ayrı-ayrı fəsillər ayırır.
Kitabda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də əks olunub. “Millət atası” kitabı Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində nəşr olunub. Kitabın müəllifi, professor Arif Quliyev Ukrayna Prezidenti V.Zelenskiyə kitabı göndərdiyi üçün ona Ukrayna Prezidentinin ofisindən təşəkkür məktubu göndərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts