Kitabxanada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş interaktiv plakat hazırlandı

Tokio, 17 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Kitabxanada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş interaktiv plakat hazırlandı.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Гейдар Алиев – 100. Heydər Əliyev – 100” adlı interaktiv plakat hazırladı.
İnteraktiv plakat dörd bölmədən ibarətdir. Birinci bölmədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərancamı Azərbaycan və rus dillərində verilmişdir.
Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli”dir” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır.
Üçüncü bölmədə Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitabının Azərbaycan və rus dillərində biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sədəndlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilmişdir.
Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.
İnteraktiv plakatı https://padlet.com/filivara/100-heyd-r-l-yev-100-wehqmwvnfqm3dmoh linkdə izləmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts