Kitabxana kitab və mütaliə məsələləri ilə bağlı Beynəlxalq konfransda iştirak edir

Tokio, 25 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Kitabxana kitab və mütaliə məsələləri ilə bağlı Beynəlxalq konfransda iştirak edir

Bu gün Qırğızıstanda MDB ölkələrinin müzey, arxiv, nəşriyyat, kitab ticarəti nümayəndələri, habelə alimlər, yazıçılar və ictimai xadimlər “İnformasiya cəmiyyətində kitab, mütaliə və xatirə institutları” III Beynəlxalq elmi-praktik konfrans çərçivəsində kitab və mütaliə məsələlərini müzakirə edirlər.
Konfransda “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi-informasiya və tərcümə şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva iştirak edir. Zakirə Əliyeva konfransda ”Uşaq ədəbiyyatı dünyasında uşaqlar: ədəbiyyatın populyarlaşdırılması və mütaliə məsələləri” məruzəsi ilə çıxış edəcək.
Bişkekdə mütaliə və tarixi mədəni-irsin populyarlaşdırılması məsələlərini Azərbaycandan, Belarusiyadan, Qazaxstandan, Qırğızstandan, Rusiyadan, Türkmənstandan, Özbəkstandan olan nümayəndələr müzakirə edəcəklər.
Konfransın təşkilatçıları Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəz, YUNESKO-nun “İnformasiya hamı üçün”
Proqramının Rusiya komitəsi və Qırğızıstan Respublikasının Milli Tarix Müzeyidir. Konfransa MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi dəstək vermişdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts