Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı start götürüb

Tokio, 20 may , /AJMEDIA/

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı start götürüb.
AJMEDIA xəbər verir ki, çempionatda ilk dəfə idmançılar kikboksinqin full kontakt növü üzrə mübarizə aparırlar. Beləliklə, XXVI Azərbaycan çempionatı iştirakçıları lou kik növü üzrə də medallar uğrunda yarışırlar. Kişilər hər iki növ üzrə 9, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparırlar.
Yarış mayın 22-dək davam edəcək.
Qeyd edək ki, yarışın qalibləri İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts