Site icon AJMEDIA Azərbaycanca

Karlo Ançelotti baş məşqçi kimi 100-cü oyuna çıxıb

Tokio, 13 fevral, /AJMEDIA/

Fevralın 12-də futbol üzrə İspaniya La Liqasının 24-cü turu çərçivəsində keçirilən “Real Madrid” – “Vilyarreal” oyunu heç-heçə başa çatıb (0:0).

AJMEDIA xəbər verir ki, bu qarşılaşma “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. İtaliyalı təcrübəli mütəxəssis “Real Madrid”in baş məşqçisi sükanı arxasında 100-cü oyununa çıxıb. Onun rəhbərliyi altında “Real Madrid” 73 qələbə, 14 heç-heçə və 13 oyun uduzub.

Exit mobile version