Kanada millisi U-20 dünya çempionatının qalibi olub

Tokio, 6 yanvar , /AJMEDIA/

Kanadanın 20 yaşadək hokkeyçilərdən ibarət milli komandası dünya çempionatının qalibi olub.
AJMEDIA xəbər verir ki, Kanadanın Qalifaks şəhərində keçirilən dünya çempionatının finalında meydan sahibləri Çexiya yığması ilə qarşılaşıblar. Matç kanadalı hokkeyçilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Kanada millisinin heyətində Şeyn Rayt, Dilan Günter (dubl), rəqib komandadan isə İrji Kulix və Yakub Koş fərqləniblər.
Qeyd edək ki, turnirin bürünc mükafatına ABŞ seçməsi sahib olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts