Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Tokio, 28 mart , /AJMEDIA/

Kanada İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha da genişləndirib. Bu dəfə İranın 8 fiziki və 2 hüquqi şəxsinin adlı sanksiyalar siyahısına salınıb.
AJMEDIA xəbər verir ki, Kanada hökuməti bu şəxsləri Tehranda və İranın digər şəhərlərində keçirilən kütləvi aksiyalarda nümayişçilərə qarşı qəddar davranmaqda və insan hüquqlarını kobudcasına pozmaqda ittiham edib. Adı sanksiyalar siyahısına salınanlar arasında ballistik raket istehsalı ilə məşğul olan müəssisə rəhbərləri də var. Onlar regionda sabitliyi pozmaqda təqsirləndirilir.
Sanksiyalara əsasən, bu şəxslərin Kanadaya girişi qadağan olunub və onların Kanada banklarındakı maliyyə aktivləri dondurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts