“Kəpəz” klubu gürcüstanlı futbolçu ilə müqavilə imzalayıb

Tokio, 1 sentyabr , /AJMEDIA/

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AJMEDIA-y verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi Georgi Papunaişvili Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

27 yaşlı oyunçu ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun son klubu ölkəsində “Telavi” olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts