İyunun sonuncu günündə əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Tokio, 29 iyun , /AJMEDIA/

Azərbaycanda iyunun 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-33° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 7-12°, gündüz 20-25° isti olacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts