İyunun 1-də bəzi bölgələrdə havanın temperaturu 36 dərəcəyə yüksələcək

Tokio, 31 may , /AJMEDIA/

Azərbaycanda iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 28-33° isti, Bakıda gecə 17-19°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 2-7°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts