İtaliyanın şimal-şərqində yağan güclü leysan nəticəsində azı 7 nəfər ölüb

Tokio, 16 sentyabr , /AJMEDIA/

İtaliyanın şimal-şərqində yerləşən Ankona əyalətində güclü leysan yağışları daşqınlara səbəb olub.
AJMEDIA xəbər verir ki, hadisə nəticəsində Marke bölgəsində 7 nəfər ölüb, 3 nəfər itkin düşüb. Yüzlərlə avtomobil və ev sel suları altında qalıb. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir. Bölgəyə Lombardiya, Abruzzo və Emiliya-Romanya regionlarından xilasetmə qrupları cəlb edilib.
Qapıları kilidə düşmüş avtomobillərin içərisində qalanların olduğu bildirilir. Ostra, Trekastelli və Barbara bölgələrində bəzi yerlərdə güclü sel avtomobilləri aparıb.
Şiddətli yağışlar Senigallia bölgəsindəki Misa çayının daşmasına səbəb olub. İki mindən çox əhalisi olan Pesaro Urbino əyalətinin Kantiano şəhərində küçələr, yollar suyun altında qalıb.
Bölgəyə bir neçə saat ərzində 420 millimetrdən çox yağıntı düşüb. Bu, bölgədə bir ildə yağan yağışın yarısı qədərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts