Site icon AJMEDIA Azərbaycanca

İtaliyada taksi sürücüləri tətil edəcək

Tokio, 6 oktyabr , /AJMEDIA/

İtaliyada taksi sürücüləri oktyabrın 10-da bir günlük tətil edəcək.

AJMEDIA xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, 24 saatlıq tətil bütün ölkəni əhatə edəcək.

Buna səbəb kimi, yeni qəbul olunan qərarlar və taksi fəaliyyəti sahəsində lisenziyaların alınması üçün rüsumların artırılması göstərilib.

Mütəxəssislər taksi sürücülərinin tətilinin paytaxt Romada, eləcə də turistlərin çox olduğu böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərəcəyini bildirirlər

Exit mobile version