Site icon AJMEDIA Azərbaycanca

İtaliyada 2300 illik tunc heykəllər tapılıb

Tokio, 10 noyabr , /AJMEDIA/

İtaliyanın Toskana şəhərində 2300 il yaşı olan qədim tunc heykəllər tapılıb.
AJMEDIA xəbər verir ki, termal suların yerləşdiyi San Kaskiano dei Baqni bölgəsində aparılan qazıntılar zamanı 24 çox yaxşı vəziyyətdə olan tunc heykəl aşkarlanıb. Heykəllərdən beşinin hündürlüyü 1 metrdən çoxdur.
Tunc heykəllərin tapıldığı termal suların dibindəki palçıq sayəsində bu qədər yaxşı vəziyyətdə qaldığı bildirilir.
Ərazidə, həmçinin latın dilində yazılmış çoxlu yazılar və minlərlə sikkə də tapılıb. Əsərlərin eramızdan əvvəl I-II əsrlər arasındakı dövrə aid olduğu qeyd edilib.
Bu tapıntının 1972-ci ildə ölkənin cənubundakı Kalabriya bölgəsində aşkarlanan 2500 illik Riace bürünc heykəllərindən sonra ən mühüm mədəni sərvət olduğu bildirilib.

Exit mobile version