İtaliya Prezidenti Hiroşima və Naqasaki faciələri zamanı sağ qalanlarla görüşüb

Tokio, 09 mart, /AJMEDIA/

Yaponiyada rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Hiroşima və Naqasaki faciələri zamanı sağ qalan insanlarla görüşüb.

AJMEDIA xəbər verir ki, Sercio Mattarella Hiroşimada Sülh Memorialının önünə əklil qoyub, 1945-ci il avqustun 6-da şəhərə atılan atom bombası qurbanlarının xatirəsini ehtiramla yad edib, Sülh Muzeyini ziyarət edib.

İtaliya Prezidenti vurğulayıb ki, atom bombasından bir daha heç vaxt istifadə edilməməlidir. “Nüvə müharibəsini heç kim qazana bilməz. Biz ötən əsrin imperialist toqquşmalarına qayıtmamalıyıq”, – deyə o bildirib.

Sercio Mattarella səfər çərçivəsində paytaxt Tokioda Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşüb. İtaliya Prezidenti, həmçinin Kioto şəhərinə səfər edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts