İsveçrədə Rusiya-ABŞ danışıqları başlayır

Tokio, 10 yanvar, /AJMEDIA/

İsveçrənin Cenevrə şəhərində bu gün Rusiya-ABŞ danışıqları başlayır.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, danışıqlar zamanı təhlükəsizlik təminatı məsələləri müzakirə olunacaq.

Bugünkü danışıqların yekunu ilə bağlı axşam saatlarında brifinq keçiriləcək.

Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının təhlükəsizlik məsələləri ilə bağlı iclası da keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la təhlükəsizlik təminatı barədə müqavilənin layihəsini təqdim etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts