Site icon AJMEDIA Azərbaycanca

İsveçrədə təhsil təqaüd proqramı elan olunur

Tokio, 6 noyabr , /AJMEDIA/

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tam təqaüd proqramı təhsil haqqı və yaşam xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları noyabrın 15-dək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIar nazirliyin saytında yerləşdirilib.

Exit mobile version