İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib

Tokio, 25 Noyabr, /AJMEDIA/

İsveçin ilk qadın Baş naziri Maqdalena Andersson vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib.

AJMEDIA xəbər verir ki, müvafiq müraciətlə Maqdalena Andersson vəzifəsindən azad edilməsini xahiş edib.

Bu gün səhər saatlarında Sosial Demokratlar Partiyasının rəhbəri Maqdalena Andersson parlamentdə baş tutan seçki nəticəsində “Qırmızı-Yaşıllar” koalisiyasından Baş nazir seçilib. Buna baxmayaraq, “Qırmızı-Yaşıllar” koalisiyasının üzvü Yaşıllar Partiyası, gələn ilki ölkə büdcəsi məsələsində razılığa gəlməməsinə görə hökuməti tərk edib və koalisiyanın dağılmasına səbəb olub.

Maqdalena Andersson artıq spiker Anderas Norlenə hələ də Sosial Demokratlar Partiyasından bir partiyalı hökumətə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts