İsveç paytaxtında Novruz coşqusu

Tokio, 21 mart , /AJMEDIA/

İsveçdə fəaliyyət göstərən SAF İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Stokholm şəhərində Novruz bayramı münasibətilə konsert keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən SAF Dərnəyinin sədri Sevda Dadaşova qonaqları Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın xalqımızın həyatındakı yerindən söz açıb. Novruz bayramının özəlliklərini diqqətə çatdıran təşkilat rəhbəri bu bayramın dostluq, birlik rəmzi olması ilə yanaşı, ruzi, bərəkət, yeni dövr və yeni həyatın başlanğıc ənənələrini özündə əks etdirdiyini bildirib.
Sonra çıxış edən Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşı Nail Qocayev bu bayramın milli adət-ənənələrimizi qoruyub saxlayan xalqımız üçün rəmzi əhəmiyyətindən danışıb.
Tədbir konsert proqramı ilə davam edib. Azərbaycandan gələn musiqiçilər Cemale Alan-Berk və Anar Rüstəmov sevilən mahnılarını ifa ediblər. Azərbaycanın milli rəqslərini mahircəsinə ifa edən Saf təşkilatının uşaqlardan ibarət Qarabağ rəqs qrupu isə tamaşaçıların rəğbətini qazanıb.
Konsertdə, həmçinin türk musiqiçilər də çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts