İstanbulda Zəfərimizin ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib

Tokio, 14 Noyabr, /AJMEDIA/

İstanbulda 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə fondun himayəsi altında yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında ölkəmizin Üzeyir Hacıbəyli, Fikrət Əmirovun, Niyazi, Asəf Zeynallı, Qara Qarayev, Vaqif Adığözəlov, Həsən Rzayev, Arif Məlikov, Fərhad Bədəlbəyli kimi görkəmli musiqiçilərinin əsərləri səsləndirilib.

Musiqi gecəsinin bədii rəhbər və dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur.

Tədbirdə Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan, ölkəmizin İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Xalq yazıçısı Elçin Əfəndiyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, iki qardaş ölkənin elm, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts