İstanbul məşhur lalə mövsümünə hazırdır

Tokio, 27 mart , /AJMEDIA/

Lalə mövsümü İstanbulda baharın gəlişinin müjdəçisidir. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə ziyafəti təqdim edir. Məsələn, laləçiliyin akvakultura üsulundan istifadə edilərək Sultanahmet meydanında geniş lalə xalçası toxuyurlar. Bu nəfəs kəsən mənzərə həm yerli, həm də xarici ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhanə Parkı, Yıldız bağı, Soğanlı Botanik Parkı, Beykoz bağı, Büyük və Kiçik Çamlıca bağlarında və digərilərində bənzər mənzərə ilə qarşılaşmaq mümkündür.
AJMEDIA Türkiyənin ölkəmizdəki səfirliyinin məlumatına əsasən bildirir ki, İstanbul məşhur lalə mövsümünə hazırdır.
Əsasən çöl çiçəyi olan lalə XVI əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda yetişdirilməyə başlanıb və şəhərin hər yerində bağ çiçəyi kimi əkilib. Qanuni Sultan Süleyman dövründə ölkədə lalə bitkisinin fərqli növ və sortları artıb. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb. Sultan III Əhmədin dövründə gülün 2000-ə yaxın növü yayılıb və məhz bunun nəticəsidir ki, XVIII əsrin əvvəlini lalə dövrü adlandırırlar.
Lalələrin rənglərinə görə fərqli mənalar ifadə edirlər. Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başlayıb. Qırmızı lalə eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti təmsil edir. Bənövşəyi çiçəklər “ləyaqət və romantizmi”, sarı çiçəklər “ümidsiz sevgi”ni ifadə edir. Nadir qarşılaşdığımız qara lalə “əlçatmazlıq və nadir”liyi ifadə etdiyi halda, zolaqlı lalə isə “gözəl gözlərin var” mesajı ötürür.
Türk mədəniyyətində bu qədər önəmli yeri olan möhtəşəm çiçək XV əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilib. Qısa müddətdə Hollandiyada məşhurlaşan lalə Kanadanın paytaxtına gətirilir və bütün dünyada məşhurlaşır.
Hazırda Anadoluda çoxlu lalə növü yetişdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts