Site icon AJMEDIA Azərbaycanca

İsrail prezidenti türkiyəli həmkarı ilə yaxın vaxtlarda görüşə bilər

Tokio, 7 fevral, /AJMEDIA/

İsrail prezidenti İtzhak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışığı zamanı yaxın vaxtlarda görüşün mümkünlüyünü müzakirə edib.

AJMEDIA-nın məlumatına görə, bu barədə İsrail prezidentinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: “Prezident Hersoq bu axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı keçirib və ona cansağlığı, COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri tezliklə görüşün mümkünlüyünü müzakirə ediblər”.

Exit mobile version