Site icon AJMEDIA Azərbaycanca

İsrail aviaşirkəti Moskvaya bütün uçuşları ləğv edib

Tokio, 27 dekabr, /AJMEDIA/

İsrailin “El Al” aviakompaniyası Rusiyanın hava məkanında yaranan vəziyyətlə əlaqədar həftə ərzində Təl-Əviv və Moskva arasında bütün uçuşları dayandırıb.

AJMEDIA xəbər verir ki, aviakompaniya gələn həftə uçuşların bərpa edilib-edilməyəcəyinə dair qərar vermək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Qeyd edək ki, dekabrın 25-də AZAL aviaşirkətinə məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Braziliyanın təyyarə istehsalçısı “Embraer” kompaniyası texniki dəstək üçün ekspertlərini qəza yerinə göndərib.

Exit mobile version