İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə

Tokio, 2 fevral , /AJMEDIA/

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, müsabiqə üzrə 44 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.
Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən ilk dəfə həyata keçirilmiş bu layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts